Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela peşəkar futbolçu karyerasını xəsarət səbəbindən başa vurub.
90deqiqe.Az-ın "TyC Sports"a istinadən məlumatına görə, Lamela bildirib ki, ilk ağrıları karyerasının əvvəlində, 22 yaşında hiss etməyə başlayıb.
“İlk ağrıları 22 yaşımda hiss etməyə başladım”
Futbolçu 25 yaşında dizində mürəkkəb əməliyyat keçirdikdən sonra yaşadığı hissləri belə təsvir edib: “Özümü elə hiss edirdim ki, dizimi dəyişiblər. Artıq bu mənim dizim deyildi”.
Hazırda Lamela İspaniyanın “Sevilya” klubunda Matias Almeydanın məşqçi heyətinə dəstək göstərir.