AZ

Ukraynanın 2026 cı ildə 60 milyardlıq yardıma ehtiyacı olacaq

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hərbi əməliyyatlar davam edərsə, Ukrayna 2026-cı ildə Qərb ölkələrindən təxminən 60 milyard dollar məbləğində maliyyə yardımı almalıdır.

Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Nazirlər Kabinetinin məlumatları sübut edir.

Rusiya ilə münaqişəni davam etdirmək üçün Ukraynanın xarici yardıma ehtiyacı artır. 2024-cü ildə bu məbləğ 30 milyard dollara yaxın, 2025-ci ildə 46 milyard dollar idi, 2026-cı ildə 60 milyard dollara yüksələcək.

Bu ilin əvvəlində Kiyevə cari hesablarda müsbət saldo saxlamaq üçün ayda təxminən 3 milyard dollar, yayda artıq 4 milyard dollar, ilin sonuna isə 5 milyard dollara yaxın xarici yardım lazım idi. Hökumətin hesablamalarına görə, növbəti il ​​ərzində bu rəqəm dəyişməz qalacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
yeniavaz.com

1Mənbələr