Nyu York dairə məhkəməsi keçmiş ermənipərəst ABŞ senatoru Bob Menendezin həyat yoldaşı Nadin Menendesi (Arslanyan) 4,5 il müddətinə azadlıqdan məhrum edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
O, ərinə qanunverici kimi səlahiyyətlərini həyata keçirməyə kömək etmək üçün nağd pul, qızıl külçələr və Mercedes Benz avtomobili şəklində rüşvət almaqda təqsirli bilinib.
58 yaşlı Nadine Menendez Manhettendə federal münsiflər heyəti tərəfindən 15 maddə üzrə təqsirli bilinib.
Prokurorlar onun illərlə davam edən rüşvət sxemində əsas rol oynadığını, Misir rəsmiləri ilə görüşlər təşkil etdiyini və ərinə mesajlar və rüşvət ötürdüyünü bildiriblər.
Qeyd edək ki, keçmiş senator Bob Menendez 11 il müddətinə azadlıqdan məhrum edilib.
Dəniz Pənahova
KONKRET.az