AZ

Neymar Mesi ilə PSJ-dəki maraqlı xatirəsini bölüşüb

“Santos”un hücumçusu Neymar Lionel Mesi ilə PSJ-də oynadıqları dövrdə baş verən maraqlı hadisəni xatırlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "BeksFCB" braziliyalı fubolçunun dediklərini belə çatdırıb. 

“Bir dəfə ‘PSJ’də Messi ilə penalti atmağı istədim. O isə dedi: ‘Xeyr, mən bunun üçün buradayam. Ya özün vur, ya da Mbappəyə ver’. O, heç mübahisə etmədi. Çox sakitdir”.

Qeyd edək ki, Neymar “PSJ”də 2017–2023-cü illərdə, Messi isə 2021–2023-cü illərdə çıxış edib. Hər iki futbolçu bundan əvvəl “Barselona”da birgə oynayıb və yaxın dostdurlar. Hazırda 38 yaşlı Mesi ABŞ-ın “Inter Mayami” klubunda çıxış edir.

Seçilən
13
90deqiqe.az

1Mənbələr