Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Zaqatala" tarixi ilkə imza atıb.
Fanat.Az-ın hesablamalarına görə, 2015-ci ildə yaradılan komanda buna çempionatın 1-ci turunda "Cəbrayıl"ı məğlub etməklə nail olub.
Belə ki, "sarı-qaralar" indiyədək heç bir mövsümə qələbə ilə başlaya bilməmişdilər. Qarabağ təmsilçisini evə əliboş göndərən zaqatalılar 10 ildən sonra "tilsimi qırmağı" bacarıblar.
Qeyd edək ki, "Zaqatala" - "Cəbrayıl" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın 22-ci dəqiqəsində Mahmud Məmmədov vurub.
Nihat