ABŞ-nin ermənipərəst senator Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib.
Axar.az Report-a istinadən xəbər verir ki, 58 yaşlı Nadin Menendes aprel biznes fəaliyyəti ilə əlaqədar və ya ərindən hüquqi yardım istəmək üçün Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinir. Ona qarşı ümumilikdə 15 maddə üzrə ittiham irəli sürülüb.
Prokurorlar xanım Menendesin ərinə mesajlar və rüşvət ötürməsində, həmçinin Misir rəsmiləri ilə görüşlərin təşkilində roluna görə azı 7 il həbs cəzasına məhkum edilməsini tövsiyə edib. Müstəntiqlər onun rüşvət cinayətində aparıcı fiqur olduğunu deyirlər.
Keçmiş senatorun özü də eyni cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edilib, hökm bu il iyunun 17-dən qüvvəyə minib.
Xatırladaq ki, Bob Menendes 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli ermənidir. Bob Menendes ikinci arvadının təsiri altında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparıb.