Qarşıdakı həftəsonu geomaqnit şəraitin pisləşməsi və 5 ballıq şkala üzrə 2 və 3-cü səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı var.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
“İlkin proqnoza görə, 13–14 sentyabr tarixlərindən başlayaraq görünən Günəş səthində qeyri-adi böyük ekvatorial koronal dəliyin meydana çıxması səbəbilə maqnit qasırğası gözlənilir,” - deyə açıqlamada bildirilir.
Alimlərin sözlərinə görə, bu koronal dəlik planetin fırlanma müstəvisində yerləşir və bu gün Günəşin fırlanması nəticəsində görünən diskin mərkəzinə çıxıb.