Ajans.az xəbər verir ki, “Andersen Lab” şirkətinin işə götürdüyü gənclərlə görüş zamanı onların bilik və bacarıqlarının real layihələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb. Rəqəmsal inkişaf və nəqliyyat agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində fəaliyyətə başlayan mərkəz gənclərə nəzəri biliklərlə yanaşı, əsasən real layihələr üzərində işləmək imkanı yaradır.
Hazırda mərkəzdə həyata keçirilən ən böyük təşəbbüslərdən biri olan “IT SkillsBridge” proqramı çərçivəsində 210 nəfər gənc “Java”, “JavaScript”, “DevOps”, “Business Analysis” və digər istiqamətlərdə intensiv təlim alır və real layihələrlə işləyir. Proqramın sonunda seçilmiş iştirakçılar birbaşa “Andersen Lab” komandasına qoşulacaq. Tədbirdə bildirilib ki, yeni mərkəz ölkəmizin İKT potensialının inkişafına dəstək verəcək, gənclərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək və rəqəmsal xidmətlərin ixracına töhfə verəcək. Ajans.az açılışdan görüntüləri sizlərə təqdim edir: