AZ

Səudiyyə Suriyaya neft hədiyyə edir

BAKI, TurkicWorld, Səməd Əyyubov

Səudiyyə Ərəbistanı Suriyaya 1 milyon 650 min barrel xam neft hədiyyə edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata görə, Suriya Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı İnkişaf Fondu arasında ölkəyə 1 milyon 650 min barrel xam neftin tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Fond tərəfindən Suriyaya göndəriləcək neft hədiyyə xarakteri daşıyır.

Qeyd edək ki, hazırda Suriyadakı neft yataqlarının 70 faizindən çoxu PKK terror təşkilatının nəzarətində olan ərazilərdə yerləşir. PKK nəzarətində saxladığı neftin satışından və qaçaqmalçılığından əhəmiyyətli gəlir əldə edir.

Seçilən
27
turkic.world

1Mənbələr