AZ

BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya hücumları PİSLƏDİ

BMT Təhlükəsizlik Şurası Qətərin paytaxtına İsrail tərəfindən edilən son zərbələri pisləyib.

Bizim.Media xəbər verir ki, bütün 15 üzv ölkənin, o cümlədən İsrailin müttəfiqi ABŞ-ın razılığı ilə verilən bəyanatda İsrail dövləti birbaşa qeyd edilməyib.

Bunun əvəzinə Şura Yaxın Şərqdəki vəziyyətə dərin narahatlıq ifadə edib və deeskalasiyanın vacibliyini, həmçinin Qətərin suverenliyi və ərazi bütövlüyünün qorunmasını vurğulayıb.

Bizim.Media

Seçilən
7
8
bizim.media

10Mənbələr