Fransız hücumçu Antoni Marsyal Meksikanın “Monterrey” klubuna transfer olunacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O bu keçidin yaxın günlərdə baş tutacağını qeyd edib.
Qeyd edək ki, Marsyal ötən yay AEK klubuna keçmişdi, lakin Yunanıstan çempionatının populyar olmaması səbəbindən Avropanın futbol radarından uzaqlaşmışdı. O, AEK-də cəmi 19 oyun keçirib və 7 qol vurub.
Hazırda 29 yaşlı futbolçu “Lion”, “Monako” və “Mançester Yunayted”də çıxışları ilə tanınır. “Monterrey”də isə Madrid “Real”ının sabiq kapitanı Syerxo Ramos oynayır və klubun lideridir.