11 sentyabrda ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi, general Kit Kellog Ukraynaya səfər edib.
Editor.az xəbər verir ki,o Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirib.
Dövlət başçısı özünün Telegram kanalında bildirib ki, danışıqlarda əsasən Ukraynanın təhlükəsizliyi və real sülhə nail olma yolları müzakirə olunub.
Zelenskinin sözlərinə görə, xüsusi diqqət PURL təşəbbüsü çərçivəsində layihələrə yönəldilib. Bu təşəbbüs Ukraynada istehsalın maliyyələşdirilməsini və “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az