ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin dayandırılması istiqamətində səylərini davam etdirəcək.
Editor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığında bildirib.
Peter Siyarto sosial şəbəkə X-də paylaşımında bildirib ki, söhbət zamanı Trampın və ABŞ hökumətinin sülh təşəbbüslərinə görə təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, Tramp “Mərkəzi Avropaya sülh gətirmək gücünə malik yeganə liderdir” və Macarıstan bəzi Avropa siyasətçilərindən fərqli olaraq bu missiyanı qətiyyətlə dəstəkləyir.
Telefon danışığı Trampın Ukraynadakı münaqişənin tezliklə başa çatdırılmasının vacibliyinə dair bəyanatları fonunda baş tutub.
//Samir Qurbanov, Editor.az