AZ

Tramp Lukaşenkoya papaq hədiyyə edib

ABŞ prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoya 45 və 47 rəqəmləri yazılmşı şapka verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov məlumat verib.

"Hədiyyə simvolikdir. Bu, onun prezidentliyi 45-47 göstərilən məşhur Tramp papağıdır. ABŞ-nin 45-ci prezidenti, 47-ci prezidenti", - o, Birinci İnformasiya telekanalına deyib.

Diplomat xatırladıb ki, Tramp Lukaşenkoya Ağ Evin təsviri olan qol düymələri də verib.

Seçilən
10
ucnoqta.az

1Mənbələr