AZ

Güclü külək bədbəxt hadisəyə səbəb oldu

Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb.

Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Seçilən
8
20
publika.az

10Mənbələr