AZ

Fransa Şərqi Avropanın hava məkanını qorumaq üçün üç döyüş təyyarəsi göndərəcək

Fransa Polşada baş vermiş PUA insidentindən sonra bu ölkənin və Şərqi Avropanın digər ölkələrinin hava məkanında patrulluq etmək üçün üç “Rafale” qırıcı təyyarəsi göndərəcəyini vəd edib.

APA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

O qeyd edib ki, o, NATO müttəfiqləri ilə birlikdə Polşanın hava məkanının və Avropanın şərq cinahının müdafiəsində iştirak etmək üçün üç “Rafale” qırıcısının yerləşdirilməsi barədə qərar qəbul edib.

Dövlət başçısı qeyd edib ki, o, bu addımı Polşanın baş naziri Donald Tusk, həmçinin NATO-nun baş katibi Mark Rutte və şərq cinahın müdafiəsində iştirak edən Böyük Britaniyanın baş naziri ilə müzakirə edib.

Seçilən
13
2
apa.az

3Mənbələr