AZ

“Mən "Piza"nın böyük pərəstişkarıyam”

Kanada millisinin baş məşqçisi Cessi Marş İtaliya çempionatına marağını açıqlayıb. 

90deqiqe.Az-ın “derbyderbyderby.it”ə istinadən yaydığı məlumata görə, çalışdırıcının sözlərinə görə, bunun iki əsas səbəbi var: birincisi, Kanadanın lider futbolçusu Conatan David “Yuventus”da çıxış edir; ikincisi isə Marş şəxsən bir italiyalı klubun azarkeşidir:

“Mən "Piza"nın böyük pərəstişkarıyam. Toskana bölgəsində bir neçə il yaşamışam və o zaman bu klubu sevdim”

Xatırladaq ki, mütəxəssis əvvəllər İngiltərənin “Lids” klubunda çalışsa da, hazırda diqqətini İtaliya Seriyasına yönəldib. Amerikalı çalışdırıcı Kanada millisini 2024-cü ildən çalışdırır.

Seçilən
51
90deqiqe.az

1Mənbələr