MOSSAD agenti Eli Koenin Suriyada edam edilməsinin ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini yenidən hədəf alacaqlarını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Mesaj aydındır. Sizin sığınacağınız yoxdur. Sizə çata bilməyəcəyimiz yer də yoxdur”, - deyə Netanyahu bildirib.