AZ

“Sehrli ilmələr” – Masallıda xalçaçılıq dərsi » AzadMedia.az


10 sentyabr tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində maraqlı bir mədəni tədbir keçirilib.


Muzeyin, MKS-in və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin təşkilatçılığı ilə reallaşan bu görüş gənclərin milli irsə marağını artırmaq məqsədi daşıyıb.

Tədbir şəhidlərimizin xatirəsinə ehtiramla başlanıb. Muzeyin direktoru Əntiqə Tağıyeva xalça sənətinin tarixindən, müxtəlif bölgələrə məxsus üslublardan və ornamentlərin gizli mənalarından danışıb.

Xalçaçı ustad, işinin peşəları olan Tünzalə xanım Abuzarova isə ipliyin hazırlanması, boyanması, naxışların seçimi və toxuculuğun mərhələlərini nümayiş etdirərək gənclərə praktiki təcrübə qazandırıb.

Sonda iştirakçılar sadə ilmələri özləri toxumaqla xalçaçılığın sirlərinə daha yaxından bələd olublar. Tədbir həm öyrədici, həm də yaradıcı mühit yaradaraq gənclərdə milli sənətə xüsusi maraq oyadıb.
Seçilən
1
azadmedia.az

1Mənbələr