AZ

Maks Verstappen Fernando Alonsonu yüksək qiymətləndirir

“Red Bull” pilotu Maks Verstappen İspaniyanın veteran sürücüsü Fernando Alonsonu (“Aston Martin”) yüksək qiymətləndirib və gələn mövsümdə onunla titul uğrunda mübarizə aparmaq istədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Mundo Deportivo" pilotçunun dediklərini belə çatdırıb. 

“Bunu çox istərdim. Fantastik olardı. Fernandoya böyük hörmətim var. O, əsl şampiondur. Əla olardı, amma 2026-cı ildə Formula-1-in necə olacağını demək çətindir. Düşünürəm ki, Fernando indiyədək qazandığından daha çox qazana bilərdi. Doğrudan da, düzgün komandada və düzgün zamanda olsaydı, daha böyük uğurlar əldə edə bilərdi”.

Qeyd edək ki, Fernando Alonso Formula-1-də ikiqat çempion adını qazanıb.

Seçilən
49
90deqiqe.az

1Mənbələr