AZ

Lukaşenkodan Rusiya Ukrayna müharibəsi ilə bağlı iddia: Bu, Zelenskidən asılıdır

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı əldə olunan razılaşmalara toxunaraq, Moskvanın onları icra etməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTa” agentliyi məlumat yayıb. Xəbərə görə, Lukaşenko məsələni Avropa dövlətləri və Kiyevlə əlaqələndirib.

“Münaqişənin dayandırılması Rusiya və ABŞ-dan daha çox, avropalılardan və Zelenskidən asılıdır. Sual onlara ünvanlanmalıdır”, – deyə Belarus lideri bildirib.

Dövlət başçısı həmçinin Kiyevin müharibədə qalib gəlmək imkanlarını real görmədiyini vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Lukaşenko Minskdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsini təklif etmişdi. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli istiqamətində ilk addım havada atəşkəsin əldə olunması ola bilər.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
globalinfo.az

1Mənbələr