UEFA-nın mənzil-qərargahında UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
İiclasda 2027-ci ildə 19 yaşadək gənclər arasında futzal üzrə Avropa çempionatının final turnirinin keçiriləcəyi yer təsdiqlənib.
Qərara əsasən, gənclər arasında futzal üzrə Avropa çempionatının finalı Qazaxıstanın paytaxtında, "Jekpe-Jek" zalında keçiriləcək.
2027-ci ildə Qazaxıstanın final mərhələsinə ev sahibliyi edəcəyinə görə, ölkənin 19 yaşadək futzal üzrə yığma komandası avtomatik olaraq yarışın həlledici mərhələsinə vəsiqə qazanacaq. Qazaxıstan millisinə həmin il seçmə mərhələdən keçmiş 7 komanda qoşulacaq.
İlkin məlumatlara görə, 19 yaşadək yığma komandalar arasında futzal üzrə Avropa çempionatının final turniri 2027-ci il sentyabrın 26-dan oktyabrın 3-dək keçiriləcək.
QAZİLER.AZ