Cari ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 4 milyon 767 min 500 ton yük, 31 milyon 681 min sərnişin daşınıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 faiz, sərnişin daşınması isə 1,1 faiz artıb. Cari ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 25 milyon 569 min 600 manat olub. Xidmətlərin 45,5 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta