Argentina hüquq-mühafizə orqanları İtaliyanın tanınmış barokko dövrü rəssamı Vitorre Gislandiyə məxsus sənət əsərini aşkar edərək müsadirə edib.
“Qafqazinfo”nun məlumatına görə, əsər İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış və hazırda niderlandlı kolleksiyaçı Jak Qaudstikerin varisləri tərəfindən beynəlxalq axtarışa verilib/
Müsadirə tələbi Argentina Prokurorluğunun Mar-del-Plata bölməsinə təqdim olunub və məhkəmə bunun əsasında müvafiq sanksiya verib.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında “Algemeen” nəşri araşdırmaçı jurnalistlərin apardığı təhqiqat nəticəsində “Qadın portreti” adlı tablonun yerinin müəyyən edildiyini yazmışdı. Məlum olmuşdu ki, əsər bir vaxtlar nasist rejiminin maliyyə dəstəyi ilə məşğul olan Fridrix Kadingin kolleksiyasına daxil olub. Kading müharibədən sonra məsuliyyətdən yayınmaq üçün Argentinaya qaçmışdı.
Əsərin yerinin müəyyən olunması isə təsadüfi şəkildə baş verib. Belə ki, Fridrix Kadingin varislərindən biri onun Mar-del-Platadakı evini satışa çıxarıb. Evin reklam fotosunda “Qadın portreti” əsəri diqqət çəkib və jurnalistlər bu izdən hərəkətə keçərək araşdırma aparıblar. Hazırda Jak Qaudstikerin varisləri tablonun Niderlanda qaytarılmasını tələb edirlər.
"Cebheinfo.az"