Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyun (1:1) barədə fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, "Megogo" saytına danışan 23 yaşlı futbolçu deyib:
"Niyə belə oldu, demək çətindir. Ümumilikdə yetərincə qol vəziyyətimiz var idi, 1:0 hesabı ilə öndə idik.
Sonra bir əks-hücum, cərimə meydançasına ötürmə, əllə oynama epizodu və penalti... Sadəcə bəxtimiz gətirmədi.
Hakim penalti təyin etdi. İkinci qolu vurmağa imkan tapmadıq. Açığı, nə deyəcəyimi də bilmirəm.
Oyunu indi analiz etmək çox çətindir. Topa nəzarət edirdik, imkanlar yaradırdıq".