AZ

Keçmiş “Qarabağ”lı təhlükə mesajını verdi: “...uduza bilərik”

“Əminliklə deyirəm, bu çempionatda zəif rəqib yoxdur.

İstənilən komanda digərindən xal almaq gücündədir”.

“Araz-Naxçıvan”ın vingeri Hamidu Keyta Sportinfo.az-a açıqlamasında komandasının qarşıdakı oyunu ilə bağlı danışıb.

Mövsümə uğurlu start verərək ilk 3 oyunda məğlubiyyət acısı yaşamayan Muxtar Respublika təmsilçisi 7 xalla liderlər qrupunda yer alıb.

“Araz-Naxçıvan”ın növbəti rəqibi isə qələbə üzünə həsrət qaldığına görə turnir cədvəlinin sonuncu pilləsində yer alan “Kəpəz”dir.

“Qarabağ”ın keçmiş üzvü Qəbələdəki görüşdən əvvəl özünü və komanda yoldaşlarını diqqətli olmağa çağırıb:

“Rəqiblərin heyətinə nəzər salanda, keyfiyyətli futbolçuların olduğunu görmək mümkündür.

Ola bilsin, çempionat yeni başlayıb deyə, oyunları alınmır, yaxud uyğunlaşma problemi var. Bu da zamanla düzələ bilən çətinliklərdir.

Nəticələr bizi aldatmamalıdır. “Kəpəz”lə görüşə ciddi yanaşmasaq, uduza bilərik. Ona görə də rəqibin nəticələrinə baxmadan son dərəcə diqqətli olmalıyıq ki, istəyimizə çataq.

Bizi çətin səfər oyunu gözləyir. Məqsədimiz istənilən halda 3 xaldır”.

Sentyabrın 12-də Qəbələ şəhər stadionunda gerçəkləşəcək görüş saat 17:45-də başlayacaq.

HƏBİB

Seçilən
3
sportinfo.az

1Mənbələr