AZ

Makron Rusiyanın dron hücumundan sonra Polşaya "Rafale" qırıcı təyyarələri göndərib

Fransa prezidenti Emmanuel Makron Polşaya səmanı qorumağa kömək etmək qərarına gəlib. Oraya Fransanın “Rafale” qırıcıları göndərilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Fransa liderinin X sosial şəbəkəsinə istinadən məlumat yayıb.

“Rus pilotsuz təyyarələrinin Polşaya daxil olmasından sonra müttəfiqlərimizlə birlikdə Polşa hava məkanının və NATO-nun şərq cinahının müdafiəsində iştirak etmək üçün üç “Rafale” qırıcısını göndərmək qərarına gəldim”, – Makron qeyd edib.

Fransa lideri bu məsələni NATO-nun baş katibi Mark Rutte və şərq cinahın müdafiəsində iştirak edən Böyük Britaniyanın baş naziri Key Starmerlə müzakirə etdiyini vurğulayıb.

QAZİLER.AZ

Seçilən
1
1
qaziler.az

2Mənbələr