AZ

"Barselona"nın keçmiş ulduzu karyerasını bitirdi

"Barselona" klubunun keçmiş futbolçusu Dmitri Çiqrinski karyerasını bitirməyə qərar verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı ukraynalı futbolçunun agenti Aleksandr Pankov yayıb. 

38 yaşlı müdafiəçinin ən son iş yeri ölkəsinin "Şaxtyor" klubu olub. Dmitri 2024-cü ilin yayında komandadan ayrılıb və daha sonra klubsuz qalıb.

Çiqrinski yeni iş yeri isə Yunanıstanın "Aris" komandasıdır. O, baş məşqçi Manolo Ximenesin köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, D.Çiqrinski 2009-2010-cu illərdə "Barselona"da oynayıb. Uzun illər çıxış etdiyi klublar isə "Şaxtyor" və AEK olub. Ukrayna millisində isə  29 oyun keçirib.

Milli.Az

Seçilən
2
2
milli.az

3Mənbələr