AZ

Rusiya Polşanı Belarusla sərhədi bağlamaq qərarına baxmağa çağırıb

Rusiya Polşanı Belarusla sərhədin bağlanmasının nəticələri barədə düşünməyə və qərara tez bir zamanda yenidən baxmağa çağırır.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirib .

Diplomat qeyd edib ki, Polşa hakimiyyəti sentyabrın 12-si saat 00:00-dan etibarən Belarusla sərhəddə avtomobil və dəmir yolu da daxil olmaqla, bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib.

"Biz Varşavanı bu cür dağıdıcı addımların nəticələri barədə düşünməyə və qəbul edilən qərara mümkün qədər tez yenidən baxmağa çağırırıq", - Zaxarova vurğulayıb.

O qeyd edib ki, Polşa rəhbərliyinin Belarusla sərhədi bağlamaq qərarı Varşavanın beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq.

"Polşanın birtərəfli hərəkətləri onun Polşa-Belarus sərhədindən ticarət üçün istifadə edən beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq. Eyni zamanda, həm Polşanın müttəfiq ölkələrindən olan sahibkarlar, həm də milli bizneslər Varşavanın hazırkı hakimiyyətinin siyasi ambisiyalarının qurbanı olacaqlar", - diplomat bildirib.

Onun sözlərinə görə, Belarusla sərhəddəki keçid məntəqələrinin bağlanması qərarı ilə Polşa rəhbərliyi Avropanın mərkəzində gərginliyin daha da artması siyasətinə haqq qazandırmaq istəyir.

Seçilən
0
2
operativmedia.az

4Mənbələr