ABŞ-da sabiq senator Bob Menendesin həyat yoldaşı korrupsiyaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Nyu-York dairə məhkəməsi sabiq demokrat senator Bob Menendesin həyat yoldaşı 58 yaşlı Nadin Menendesi (Arslanyan) rüşvət olaraq nağd pul, qızıl və “Mercedes” markalı avtomobil götürməkdə təqsirli bilib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ərinə kömək etməkdə 15 maddə üzrə təqsirli bilinib.
Qeyd edək ki, 2022-ci ildə FTB cütlüyün Nyu-Cersidəki evinə basqın zamanı qarajda 480.000 dollar nağd pul, təxminən 150.000 dollarlıq qızıl külçə və lüks avtomobil tapıblar.