AZ

Bu halda sürücülük hüququ 6 ayadək məhdudlaşdırılır

Azərbaycanda avtomobil sahiblərinin ən çox rastlaşdığı problemlərdən biri də yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin vaxtında ödənilməməsidir.

Hüquqşünas Ramil Süleymanov Metbuat.Az-a açıqlamasında bildirib ki, avtomobilə yazılmış cərimə vaxtında ödənilmədikdə vətəndaş bir sıra hüquqi məsuliyyətlərlə üzləşir:

“Qaydalara əsasən, vətəndaşa cəriməni ödəməsi üçün bir ay vaxt verilir. Bu müddət ərzində ödəniş həyata keçirilməzsə, ikinci ayda hər gün üçün əlavə olaraq 1% dəbbə pulu hesablanır. İki ay tamam olduqda cərimə hələ də ödənilməyibsə, Dövlət Yol Polisi avtomobilin cərmə meydançasına aparılması barədə qərar qəbul edir. Bu qərar vətəndaşın elektron kabinetinə göndərilir və avtomobil harada müəyyən olunarsa, dərhal duracağa yerləşdirilir. Əgər yol polisi tərəfindən saxlanılan avtomobilin cəriməsi qısa müddətdə ödənilərsə, nəqliyyat vasitəsi meydançaya aparılmadan vətəndaşa qaytarılır. Lakin cərimə ödənilməzsə, avtomobil cərmə meydançasına yerləşdirilir və yalnız ödənişdən sonra geri qaytarılır”.

Hüquqşünasın sözlərinə görə, cərimə iki ay müddətində ödənilmədikdə avtomobilin cərmə meydançasına aparılması ilə yanaşı, sürücülük hüququ da 6 aya qədər məhdudlaşdırıla bilər.

Ülkər Cəlilzadə

Seçilən
9
2
hurriyyet.az

3Mənbələr