AZ

Şəkərli diabet xəstələrinə ŞAD XƏBƏR Bundan sonra...

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Alimlər ilk dəfə insana CRISPR texnologiyası ilə redaktə olunmuş mədəaltı vəzi hüceyrələrini uğurla köçürüblər.

BAKU.WS-in "Nature" jurnalına istinadən verdiyi məlumata görə, bu hüceyrələr yalnız insulin istehsal etməyə başlamayıb, həm də immun sisteminin hücumundan yayınmağı bacarıb.

1-ci tip diabet o zaman yaranır ki, immunitet səhvən mədəaltı vəzinin insulin ifraz edən beta-hüceyrələrini məhv edir. Bu hormon olmadan orqanizm qandakı şəkərin səviyyəsini tənzimləyə bilmir və xəstələr hər gün inyeksiya etməyə məcbur qalırlar.

Transplantatın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün tədqiqatçılar hüceyrələrdən immun sisteminin yad elementləri tanımasına səbəb olan iki geni çıxarıb və CD47 adlı zülal əlavə ediblər. Bu zülal bir növ "qalxan" rolunu oynayaraq immun hüceyrələrə "hücum etmə" siqnalı göndərir. Nəticədə donor hüceyrələri orqanizmdə kök salıb və altı ay ərzində immunosupressiv dərmanlara ehtiyac olmadan insulin istehsal edib.

Hələlik eksperiment yalnız bir pasiyentlə və az miqdarda hüceyrə ilə aparılıb, lakin mütəxəssislər bunu mühüm elmi irəliləyiş adlandırırlar. Onların sözlərinə görə, gen redaktəsi texnologiyası ilə kök hüceyrələrdən hüceyrə yetişdirmənin birləşdirilməsi milyonlarla diabet xəstəsini müntəzəm insulin iynələrindən xilas edə biləcək tamamilə yeni müalicə üsulunun yaradılmasına gətirib çıxara bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
baku.ws

2Mənbələr