AZ

ABŞ-nin keçmiş senatoru Menendesin erməni arvadı dörd il yarım həbs cəzasına məhkum edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin ermənipərəst senator Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 58 yaşlı Nadin Menendes aprel ayında (Arslanyan) biznes fəaliyyəti ilə əlaqədar və ya ərinin guya hüquqi yardım göstərməsini qeyd edərək, Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinir. Ona qarşı ümumilikdə 15 maddə üzrə ittiham irəli sürülüb.
Prokurorlar xanım Menendesin ərinə mesajlar və rüşvət ötürməsində, həmçinin Misir rəsmiləri ilə görüşlərin təşkilində roluna görə azı 7 il həbs cəzasına məhkum edilməsini tövsiyə ediblər. Müstəntiqlər onun rüşvət cinayətində aparıcı fiqur olduğunu deyirlər.
Keçmiş senatorun özü də eyni cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edilib, hökm bu il iyunun 17-dən qüvvəyə minib.
Xatırladaq ki, Bob Menendes 2020-ci ildə erməniəsilli Nadine Arslanyanla evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan livanəsilli ermənidir. Bob Menendes ikinci arvadının təsiri altında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparıb.
Seçilən
6
38
oxu.az

10Mənbələr