AZ

“Zidan – elə futboldur”

“Yuventus”un baş məşqçisi İqor Tudor karyerası boyunca gördüyü ən yaxşı futbolçunu açıqlayıb.

90deqiqe.Az-ın “DAZN”ə istinadən yaydığı məlumata görə, xorvatiyalı mütəxəssis bu seçimində keçmiş komanda yoldaşı Zinəddin Zidana üstünlük verib.

“Əgər bir oyunçu seçməli olsam, Zidanı deyərdim. Zinəddin – elə futboldur”.

Qeyd edək ki, Tudor bu il mart ayında Turin klubunun baş məşqçisi təyin olunub və əvvəlki çalışdırıcı Tyaqo Mottunu əvəz edib. Zinəddin Zidan isə 2021-ci ilin yayından Madrid “Real”ından ayrıldıqdan sonra məşqçiliklə məşğul olmur. O, “Yuventus”un formasını 1996–2001-ci illərdə geyinib.

Seçilən
37
90deqiqe.az

1Mənbələr