Canluici Donnarumma karyerasını "Mançester Siti" klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, italyan qolkiperin klubla müqaviləsinin müddəti 5 illik nəzərdə tutulub.
O yeni klubunda "25" nömrə altında çıxış edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, C.Donnarummanın son klubu PSJ olub.