AZ

Andre Onana rəsmən “Trabzonspor”da

İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Andre Onananın Türkiyənin “Trabzonspor” komandasına keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kamerun millisinin üzvü bundan sonra Super Liqa təmsilçisinin uğurları üçün çıxış edəcək. Belə ki, İngiltərə və Türkiyə klubları arasında bağlanmış icarə müqaviləsi bir il müddətinə nəzərdə tutulub.

Onana “Mançester Yunayted”lə müqaviləsini 2028-ci ilin yayına qədər imzalayıb. Transfermarkt portalı qapıçının bazar dəyərini 25 milyon avro qiymətləndirir. 29 yaşlı oyunçunun hüquqları 2023-cü ildən Manchester klubuna məxsusdur.

Qeyd edək ki, Onana əvvəl “Ayaks” və Milanın “İnter” klubunda çıxış edib. “Trabzonspor” son dəfə Türkiyə çempionu 2022-ci ildə olub və hazırda Superliqanın cədvəlində ikinci pillədə qərarlaşıb. Bu mövsüm klub Avrokuboklarda iştirak etmir.

Seçilən
58
90deqiqe.az

1Mənbələr