AZ

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Jurnalist Səidə Bəkirqızının Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb.

Qeyd olunur ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələri onun işini itirməsinə səbəb olub.

Məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın əməkdaşı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.

Jurnalist qeyd etdi ki, yazılanlar yalandır. Onu heç kəs işdən azad etməyib, TV-dən öz ərizəsi ilə ayrılıb:

"Avqustun 4-də məzuniyyətdən qayıtdıqdan sonra ərizə yazaraq sentyabrın 1-dən kanaldan ayrıldım. Daha yaxşı təklif aldığım üçün bu addımı atdım. Rəhbərlik getməyimi istəmirdi, lakin biz jurnalistlər harada yaxşı maaş təklifi varsa, ora üz tuturuq", - deyə S.Bəkirqızı bildirib.

Jurnalist həmçinin vurğulayıb ki, onun işdən ayrılması ilə bağlı "məcburi köçkünlərlə əlaqəli məsələ" əsassız olaraq şişirdilib:

"Sadəcə üst-üstə düşdü. Məlumat üçün qeyd edim ki, sentyabrın 8-dən etibarən hər gün səhər saat 8-də Space TV-də yayımlanan "Xəbərin izində" proqramını aparıram".

Aytac Qasımova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
oxu.az

3Mənbələr