BAKI, 12 sentyabr. TELEQRAF
ABŞ məhkəməsi Nadin Menendesi əri, keçmiş demokrat senator Robert Menendesə qarşı rüşvət və korrupsiya işində iştirak etdiyinə görə 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf xəbər verir ki, prokurorluq 7 il həbs cəzası istəsə də, məhkəmə Livandakı çətin uşaqlığı, yaşı və səhhəti ilə əlaqədar cəzanı 3 il sınaq müddəti ilə əvəz edib.
Qadın məhkəmədə bildirib ki, əri tərəfindən manipulyasiyanın qurbanı olub. Onun sözlərinə görə, əri onu korrupsiya sxemlərində iştirak etməyə məcbur edib.