AZ

Zelenski liderləri üçtərəfli sammitə çağırır

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ, Ukrayna və Rusiya liderlərinin iştirak etdiyi üçtərəfli format müharibəni mümkün qədər tez bitirmək üçün ən effektiv həll yoludur.Reyting.az-ın məlumatına görə, Zelenski “Telegram” hesabında yazıb ki, Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoyulması, ölkəsinə təhlükəsizlik zəmanətlərinin verilməsi, Ukrayna ilə ABŞ arasında birgə silah istehsalı kimi məsələlər müzakirə olunub. “ABŞ-dan müsbət cavab gözləyirik”,- Zelenski əlavə edib.Zelenski həmçinin bildirib ki, görüşdə müharibəyə son qoymaq üçün rəhbərlik səviyyəsində sürətli görüşlə bağlı məsələlər də müzakirə olunub. E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
reyting.az

2Mənbələr