Amerikanın 38 M1A2 Abrams tankının daha bir partiyası Polşaya gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.
"Biz ən böyük dəniz yüklərindən birini, o cümlədən 38 M1A2 Abrams tankı və 14 texniki dəstək maşını aldıq. Yeni avadanlıq tezliklə bölmələrimizə çatdırılacaq", - Kosiniak-Kamysz X-də yazıb.
2022-ci ildə Polşa 2025-2026-cı illərdə 250 modernləşdirilmiş M1A2 Abrams tankının tədarükü üçün ABŞ ilə müqavilə imzalayıb.