"Moskva İrəvanı “kiçik qardaş” kimi qəbul etməyi dayandırıb və onu bərabərhüquqlu tərəfdaş hesab edir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyir.
"Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaşın münasibətinə bənzəmir, sadəcə tərəfdaşlıqdır. Ermənistan Rusiyanın “kiçik qardaşından” tərəfdaşa çevrilib. Biz son dörd ildə real olaraq nəyə nail olmağa çalışırıq", - deyə Xaçaturyan bildirib.
O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə işləyir və eyni zamanda Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, çünki bu, şaxələndirilmiş iqtisadiyyat konsepsiyasına uyğundur.