AZ

Alimlərin yaşıl çayla bağlı 15 illik araşdırmasının maraqlı nəticəsi

Kruzeyro do Sul Universitetinin braziliyalı alimləri maraqlı araşdırma aparıblar.

E-saglam.az xəbər verir ki, elm adamları yaşıl çayın piylənmə və maddələr mübadiləsinə təsiri ilə bağlı yeni məlumatlar təqdim ediblər. Belə ki, yaşıl çay ekstraktı siçanlara verildikdən sonra, uzun müddətli istifadə nəticəsində çəki azalıb.O,  insulinə həssaslığı artırır və piylənməyə xas olan əzələ toxuması pozğunluqlarının qarşısını alıb. Araşdırma Cell Biochemistry & Function (CM&F) jurnalında dərc olunub.

Professor Rozemari Ottonun rəhbərlik etdiyi qrup 15 ildən çoxdur ki, yaşıl çayı araşdırımış.

Tədqiqatçı bununla bağlı deyib: "Məni həmişə çayın arıqlamağa kömək etməsi ilə bağlı yaranmış mifin nə dərəcədə doğru olması maraqlandırıb. Biz bu bitkinin təsirinin təkcə real deyil, həm də dərin metabolik mexanizmlərlə əlaqəli olduğunu gördük".

Təcrübədə siçanlar əvvəlcə şokolad, peçenye və qatılaşdırılmış südlə qidalanıblar. Sonra bəzi heyvanlara 12 həftə yaşıl çay (insan üçün təxminən üç stəkan ekvivalentə bərabər dozada ekstrakt) verilib. Nəticədə bədənin çəkisi azalıb, qlükoza qəbuluna cavabdeh olan genlərin funksiyası bərpa edilib və əzələ lifləri normal diametrini saxlayıb ki, bu da atrofiyadan qorunduğunu göstərir.

İqtisadiyyat.az 

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr