ABŞ senatoru Stiv Deins bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Mərkəzi Asiya üçün mühüm geosiyasi əhəmiyyət daşıyır.
Musavat.com xəbər verir ki, senatorun sözlərinə görə, ABŞ-ın regionla əlaqələrinin möhkəmlənməsi birbaşa Amerikanın milli təhlükəsizliyi ilə bağlıdır.
O bildirib ki, regionda sabitliyin təmin olunması ABŞ-ın strateji maraqlarına uyğundur və Vaşinqton bu prosesi dəstəkləməlidir.
Musavat.com