Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 6 faiz və ya 307 milyon manat çox olmaqla 5 milyard 273 milyon manat təşkil edib.
Hesabat dövründə fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 8 faiz və ya 297 milyon manat artaraq 4 milyard 182 milyon manat olub.
Yanvar-avqust aylarında DSMF-nin xərcləri 5 milyard 5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 425 milyon manat çoxdur.
XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.