AZ

Belarusdan iki ölkəyə sərt reaksiya

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus Polşa və Latviyanın Belarus sərhədi boyunca hava məkanını bağlamaq qərarını pisləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Belarus XİN bəyanat yayıb.

“Belarus Xarici İşlər Nazirliyi Polşa və Latviya hakimiyyətinin Belarus sərhədində hava məkanını faktiki olaraq bağlama qərarını qətiyyətlə pisləyir.

Varşava və Riqanın qəbul etdiyi qərarlar Avropa Birliyinin (AB) və onun tərəfdaşlarına ciddi ziyan vuracaq və gərginliyin daha da artmasına səbəb olacaq. Bu addım AB-nin özünütəcridini dərinləşdirəcək.

Bundan başqa, aviadaşıyıcılar tərəfindən marşrutların məcburi genişləndirilməsi karbon emissiyalarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bu isə AB-nin yaşıl iqtisadiyyata keçid məqsədlərinə birbaşa zidd olacaq", - deyə bəyanatda qeyd olunub./Axar.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
3
hurriyyet.az

4Mənbələr