ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyenin illik müraciəti Macarıstan rəsmiləri tərəfindən sərt tənqid edilib.
Globalinfo.az xəbər verir ki, “Hungary Today” məlumat yayıb. Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanos Boka çıxışı əsl müharibə nitqi adlandırıb və Fon der Leyenin mövqeyini qətiyyətlə pisləyib.
“Avropa Komissiyasının sədri müharibə haqqında nitq söylədi. Bu, sadəcə müharibə tərəfdarı deyil, əsl müharibə çıxışı idi”.
Nazir vurğulayıb ki, Avropa Birliyi hazırda iqtisadi və siyasi tənəzzüldədir və Fon der Leyenin çıxışı Brüsselin siyasətində hər hansı bir real dəyişiklik və ya ümid yaratmayıb. O əlavə edib ki, AK rəhbəri səhvən Ukraynaya maliyyə dəstəyi verməyə və müharibə iqtisadiyyatına mərc edir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.