Fransa prezidenti Emmanuel Makron Polşaya səmanı qorumağa kömək etmək qərarına gəlib. Oraya Fransanın “Rafale” qırıcıları göndərilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Fransa liderinin X sosial şəbəkəsinə istinadən məlumat yayıb.
“Rus pilotsuz təyyarələrinin Polşaya daxil olmasından sonra müttəfiqlərimizlə birlikdə Polşa hava məkanının və NATO-nun şərq cinahının müdafiəsində iştirak etmək üçün üç “Rafale” qırıcısını göndərmək qərarına gəldim”, – Makron qeyd edib.
Fransa lideri bu məsələni NATO-nun baş katibi Mark Rutte və şərq cinahın müdafiəsində iştirak edən Böyük Britaniyanın baş naziri Kir Starmerlə müzakirə etdiyini vurğulayıb.
QAZİLER.AZ
Following the Russian drone incursions into Poland, I have decided to deploy three Rafale fighter jets to contribute to the protection of Polish airspace and of NATO’s Eastern Flank together with our Allies.
— Emmanuel Macron (@EmmanuelMacron) September 11, 2025
I made this commitment yesterday to the Polish Prime Minister.…