Prezident Donald Tramp dünən çıxş zaman 180 metr məsafədən boynundan güllələnərək öldürülən siyasətçi, ictimai fəal Çarli Kirkin qatili ilə bağlı ölkənin güc qurumlarını səfərbər edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq FTB qatil olduğu düşünülən şəxsinn fotosunu yayımlayıb.
Tramp isə onun yerini deyənə 100 min dollar vədi verib: "Federal Təhqiqatlar Bürosu (FTB) və Yuta Ştatının İctimai Təhlükəsizlik Departamenti qatili n axtarışını gücləndirib. Onu tutacağımıza ümid edirik”.
Xatırladaq ki, hadisədən sonra yaşlı bir şəxs saxlanılsa da, sonradan onun qatil olmadığı müəyyənləşib.
Lamiyə
MİA.AZ