
Türkiyənin Sakarya əyalətinin Karasu rayonundakı çimərlikdə qadınların fotolarını çəkdirdiyi müəyyən edilən şübhəli şəxs saxlanılıb.
Reyting.az xəbər verir ki, şübhəlinin mobil telefonunda onlarla qadının foto və videoları tapılıb.
Hadisə Karasunun Yalı məhəlləsindəki çimərlikdə baş verib. Çimərliyə gələn qadınlar kiminsə onların fotolarını çəkdiyini görüblər. Qadınlar kişiyə yaxınlaşarkən, şübhəli şəxs şəkilləri telefonundan silməyə cəhd edib. Qadınlar şübhəli şəxsdən telefonu alaraq polisə xəbər veriblər. Ətrafdakıların köməkliyi ilə qaçmasının qarşısı alınan şübhəli hadisə yerinə gələn polis tərəfindən nəzarətə götürülüb.
Şübhəlinin telefonuna baxış zamanı bir neçə qadının çimərlikdə çəkilmiş fotoları tapılıb. Qadınlar adı açıqlanmayan şəxsən şikayət ediblər. Polis bölməsində aparılan şübhəli F.A istintaqdan sonra həbs edilib.

V. QULİYEV