
Müğənni Laima Vaykule "Retro FM Latvija" kanalına verdiyi müsahibəsində uzun müddət sovet hakimiyyətindən qorxduğunu və bu qorxu səbəbindən düşünülməmiş addımlar atdığını etiraf edib.
Qaynarinfo xəbər verir ki, Vaykulenin sözlərinə görə, o, "GRP Records" şirkətinin rəhbəri Deyv Qrusinin təklifini rədd edib. Qrusin müğənniyə okeanın o tayına köçməyi məsləhət görmüşdü. Bu hadisə Vaykule və "GRP Records"un birlikdə müğənninin "Dikoye tango" adlı mahnısını uğurla buraxmasından sonra baş verib.
"Qruzin təklif edəndə ki, qalın, biz düşündük: "Bəlkə bizi verbovka edirlər?" O qədər axmaq idik", deyə müğənni bildirib.
Vaykule etiraf edib ki, sovet insanları ABŞ-da dərhal seçilirdi - onları qorxu ələ verirdi. O özü də xaricdə çox güclü stress yaşadığını deyib, baxmayaraq ki, başqalarının gözündə inamlı görünürdü. Bundan əlavə, həmin dövrdə müğənni dil baryerindən də əziyyət çəkib.
"Mən özümü elə göstərirdim ki, hər şey yaxşıdır, amma əslində stress içində idim. Çünki sovetdən sonra Amerikaya gəlmək çətin idi. Amma biz Amerikanı çox sevirdik. Amerika mənim həyatımı xilas etdi. Mən ona çox minnətdaram və onu çox sevirəm. Başa düşürsən, SSRİ-dən gələn adam orada dərhal seçilirdi: o, dəhşətli dərəcədə kompleksli olurdu. Gözlərində qorxu var idi, deyə ifaçı vurğulayıb.